19 
Yan
2023
21:57
1910

Rusiyanı tərk etmiş vətəndaşların əmlakları kimsəsizlərə verilə bilər

Rusiyanı tərk etmiş vətəndaşların və qeyri-dost ölkələrin vətəndaşlarının əmlakı kimsəsizlərə yardım üçün verilə bilər.

InterPress.ge “İnterfaks”a istinadən xəbər verir ki, bu təşəbbüslə Federasiyanın Dövlət Şurasının vitse-spikeri Anna Kuzneçova Kemerovoda kimsəsiz uşaqların mənzillə təminatı məsələlərinə həsr olunmuş iclasda çıxış edib.

“Vətənə xəyanət edənlər də var, ölkəni tərk edənlər də. Həmçinin, qeyri dost  ölkələrin vətəndaşları olan təşkilatlar Rusiyada dövlət qeydiyyatına alınıb. Bəlkə biz bu vəsaitləri və resursları kimsəsizlərə sərf edək”, - Kuzneçova bildirib.

Kuzneçova vurğulayıb ki, müvafiq sürətlə ciddi addımlar atılmayana qədər Dövlət Şurası bu məsələnin həllindən geri çəkilməyəcək.

Ötən il dekabrın sonunda senator Sergey Tsekov bildirmişdi ki, Rusiyanı tərk edən və hökumətin siyasətini tənqid edən vətəndaşların əmlakları müsadirə olunaraq Ukraynaya qarşı müharibədə iştirak edənlərə verilməlidir.

Bu ilin yanvarında “Ria Novosti” mənbəyə əsaslanaraq yazıb ki, Dövlət Duması hərəkətləri ilə ölkəyə ziyan vuran, ölkədən gedən rusların əmlakının müsadirə edilməsi ilə bağlı qanun layihəsi üzərində işləyir.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin yanvarın 13-də özünün Telegram kanalında yazıb ki, Rusiyanı tərk edən, ölkənin, onun sakinlərinin və hərbçiləri haqqında mənfi fikirlər səsləndirən vətəndaşların əmlakı müsadirə edilməlidir. O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə ekstremizmə görə əmlakın müsadirə edilməsi, nasizmin reabilitasiyası və Rusiya ordusunu nüfuzdan salmaq maddəsinin əlavə edilməsi təşəbbüsü ilə çıxış edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər