19 
Yan
2023
15:40
231

Avropa Parlamenti: Ukrayna, Moldova və gürcü xalqlarının, eləcə də Qərbi Balkanların gələcəyi Aİ-dədir

Ukrayna, Moldova və Gürcüstanın, eləcə də Qərbi Balkanların gələcəyi Avropa İttifaqındadır - Aropa Parlamenti ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabatı təsdiqləyib. 

InterPress.ge xəbər verir ki, sənəddə prioritetlərə əməl olunarsa, Gürcüstana namizəd ölkə statusunun verilməsi qeyd olunub. 

Qeyd olunub ki, Gürcüstan 2008-ci ilin avqustunda Rusiyanın tammiqyaslı hərbi təcavüzünə məruz qalan ilk ölkə olub və Aİ-ni Rusiyadan Aİ-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməsini tələb etməyə davam etməyə çağırır.

“2022-ci il iyunun 23-də Avropa liderləri Ukrayna və Moldova Respublikasına Aİ üzvlüyünə namizəd statusu verdiyindən və Gürcüstanın perspektivini tanıdığından, Avropa Parlamenti Rusiyanın Gürcüstan və Moldovaya qarşı təcavüzkar siyasət yürütdüyünü vurğulayır; Etiraf edir ki, 2008-ci ilin avqustunda Rusiya Gürcüstanın ayrılmaz bir hissəsini - Abxaziya və Çxinvali regionunu ələ keçirmək üçün suveren Avropa dövlətinin sərhədlərini zorakılıqla dəyişdirməyə cəhd edəndə Rusiyanın tammiqyaslı təcavüzünə məruz qalan ilk ölkə Gürcüstan olub və  de-fakto aneksiyasına, etnik təmizləmə nəticəsində minlərlə insanı öz ev-eşiyindən didərgin salmağa və icmaları işğal xətti ilə bölməyə doğru addım atıb.

Biz Avropa İttifaqını Rusiyadan Aİ-nin vasitəçiliyi ilə 2008-ci il 12 avqust tarixli atəşkəs sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməsini tələb etməyə davam etməyə çağırırıq.

Avropa Parlamenti həmçinin vurğulayır ki, 2008-ci ildə Gürcüstanın işğalından sonra yaranmış cəzasızlıq Rusiyanın Ukraynaya təcavüzünə imkan verən amillərdən biridir.

Avropa Parlamenti Ukrayna, Moldova və gürcü xalqlarının, eləcə də Qərbi Balkanların gələcəyinin Avropa İttifaqında olduğunu bir daha vurğulayır və Aİ-nin Ukrayna, Moldova Respublikası və Gürcüstanın ərazi bütövlüyünə və siyasi müstəqilliyinə sadiqliyini bir daha bəyan edir. Onların beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyur və bu prinsiplərin tam şəkildə həyata keçirilməsində onlara dəstək olur"- hesabatda qeyd olunub.
 

Bizimlə əlaqə saxlayın