19 
Yan
2023
14:18
286

Rustavidə avtomobil yanaraq külə dönüb

Rustavidə, 12-ci mikrorayonda yüngül avtomobil yanıb.

InterPress.ge xəbər verir ki, yanğın nəticəsində “Opel” markalı avtomobil tamamilə yanıb.

Avtomobilin sürücüsü təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb. Məlumata görə, kişi üzündən yanıq xəsarətləri alıb.

Hadisə yerinə yanğın-xilasetmə xidməti və patrul polisi səfərbər olunub.

Bizimlə əlaqə saxlayın