19 
Yan
2023
11:19
2853

Gürcüstanda kredit götürənlərin 11,4%-i borclarını ödəyə bilmir və “qara siyahıdadır”

Gürcüstanda kredit götürənlərin 11,4%-nin borclarının ödəməsi gecikib və bu o deməkdir ki, onlar kreditlərini ödəyə bilmirlər.

InterPress.ge xəbər verir ki, bu barədə “Kreditinfo”nun 2022-ci ilin dekabr ayı statistikasında qeyd olunub.

Ümumilikdə, dekabr ayına olan məlumata görə, Gürcüstanda 1 919 999 nəfərin maliyyə sektoruna 40 185 015 948 lari borcu var.

Qeyd edək ki, borcalanların 84,3 faizi bank sektorundan borc alıb, yəni dekabr ayına olan məlumatlara görə, ümumilikdə 1 618 921 borcalan banklardan 36 562 735 792 lari kredit götürüb. Banka pul ödəyənlərin 7,9%-nin borcunun vaxtı keçib ki, bu da 128 088 nəfər deməkdir.

Bundan əlavə, Milli Bank tərəfindən tənzimlənən digər maliyyə institutlarının (mikromaliyyə, kredit verən subyektlər) kreditorları 721 297 nəfərdir və verilən kreditlərin məbləği 2 942 308 664 lari təşkil edir. Bu maliyyə institutlarına 122 651 nəfərin borcunun vaxtı keçib.
Daha 22 650 nəfər lizinq, tikinti və digər növ şirkətlərdən 679 971 492 lari kredit alıb. Burada 3837 nəfərin borcunun vaxtı keçib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər