17 
Yan
2023
15:22
349

Maaşların artırılmasını tələb edən təcili yardım həkimləri və sürücüləri növbəti aksiya keçiriblər

Maaşlarının artırılmasını tələb edən təcili yardım həkimləri və sürücüləri Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzi qarşısında növbəti aksiya keçiriblər.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları əməkhaqqına 10 faizlik artımın kifayət etmədiyini bildiriblər.

“Səhiyyə nazirinə, hökumətə müraciət edirəm, indiki vəziyyət bizim üçün dözülməzdir. Dözülməz vəziyyətdəyik və bu maaşla 5-6 nəfərlik ailəni dolandırmaq çox çətindir. Onlar bunu eşitməli və güzəştə getməlidirlər”, - kiçik həkim Qiorqi Bostoğanaşvili bildirib.

Gürcüstan Peşəkar İttifaqlar Birliyinin sədr müavini Lavrenti Alaniyanın qeyd etdiyinə görə, maaşın 10% artırılması layiqli iş şəraitinə uyğun gəlmir.

Alaniya qeyd edib ki, təcili yardım həkimlərinə və sürücülərinə əlavə iş günləri qadağan edilib ki, bu da problem yaradır.
"Onlar daha çox maaş almaq üçün növbələrini artırırdılar, lakin rəhbərlik qəzəblənərək onlara əlavə iş günlərini qadağan etdi. Bu, etirazlara səbəb oldu. Bu davam edəcək. Heç kim düşünməsin ki, nə isə insanları dayandıracaq”, - Lavrenti Alaniya bildirib.

 

Bizimlə əlaqə saxlayın