17 
Yan
2023
13:53
439

Oleksi Arestoviç istefa verdi

Ukrayna Prezident administrasiyası rəhbərinin müşaviri Oleksi Arestoviç istefa verib.

InterPress.ge xəbər verir ki, bu barədə Arestoviç Facebook-da yazıb.

"Mən istefa ərizəsi yazmışam. Mən sizə sivil davranış nümunəsi göstərmək istəyirəm: - fundamental səhv, bu o deməkdir ki, istefaya getməlisən", - Arestoviç yazıb.

Bundan əvvəl Oleksi Arestoviç “Dnepr”lə bağlı açıqlamasına görə üzr istəyib.

Məlumat üçün bildirək ki, yanvarın 14-də Dneprdə yaşayış binasının ruslar tərəfindən bombalanması ilə bağlı Oleksi Arestoviç bildirib ki, raket Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduqdan sonra korpusa düşüb.

Ukrayna Hərbi Hava Qüvvələri ittihamı rədd edərək, korpusa dəyən o tipli raketləri vura bilməyəcəklərini bildirib.

Bizimlə əlaqə saxlayın