17 
Yan
2023
13:42
387

İşğalçılar daha bir Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

Rusiya işğalçı qüvvələri yanvarın 16-da Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin Analitik Departamentinin direktor müavini İrakli Antadze məlumat verib.

Antadzenin sözlərinə görə, hazırda Gürcüstanın 7 vətəndaşı de-fakto rejim altında qanunsuz həbsdədir.

Bununla bağlı Antadze Erqnetidə insidentlərin qarşısının alınması və reaksiya mexanizmi çərçivəsində keçirilən görüşdən əvvəl çıxış edib. Onun sözlərinə görə, görüşdə tərəflər son 2 ayda işğal xətti boyu vəziyyəti müzakirə edəcəklər.

"Dünən gecə saatlarında "Qaynar xətt" aktivləşdirildi və bizə məlumat verildi ki, daha bir həmyerlimiz işğalçılar tərəfindən qanunsuz saxlanılıb. Təfərrüatları bugünkü görüşdə öyrənəcəyik, görüşdən sonra danışacağıq. Hazırda 7 vətəndaşımız qanunsuz həbsdədir”, - Antadze bildirib.

Xatırladaq ki, keçmiş hərbçi Mamuka Çxikvadze bir ildən artıqdır ki, işğal rejiminin əsirliyindədir.

Bizimlə əlaqə saxlayın