17 
Yan
2023
11:23
285

UNESCO: "Ötən il dünyada 86 jurnalist öldürülüb"

Bütün dünyada öldürülən jurnalistlərin sayı əvvəlki üç ildəki azalmadan sonra keçən il əhəmiyyətli dərəcədə artıb.

InterPress.ge xəbər verir ki, bu barədə YUNESKO-nun hesabatındakı məlumatda bildirilib.

Təşkilatın məlumatına görə, 2022-ci ildə 86 jurnalist qətli hadisəsi qeydə alınıb, onlardan 19-u Meksikada, 10-u Ukraynada, 9-u Haitidə öldürülüb.

YUNESKO-nun baş direktoru Odri Azulenin sözlərinə görə, 2022-ci ildə öldürülən jurnalistlərin sayı həyəcan vericidir.

"Hakimiyyət bu cür cinayətlərə son qoymaq üçün səylərini ikiqat artırmalı və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etməlidir, çünki laqeydlik bu zorakılıq mühitində əsas amildir"- Azule bildirib.

Qeyd edək ki, UNESCO-nun əvvəlki hesabatlarına görə, 2019-cu ildən 2021-ci ilə qədər hər il orta hesabla 58 jurnalist öldürülüb, 2021-ci ildə isə 55 jurnalist qətli qeydə alınıb. Qeyd olunan üç ildə dünya üzrə 99 jurnalistin öldürüldüyü 2018-ci illə müqayisədə öldürülən jurnalistlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunub.

Bizimlə əlaqə saxlayın