16 
Yan
2023
14:03
1205

GÜRCÜSTAN ÜÇÜN 50 YENİ İMKAN

Gürcüstan ilə Avropa İttifaqı arasında assosiyasiyalaşdırma barəsində razılaşma beynalxalq razılaşmadır ki, bununla da Gürcüstanın Avropa İttifaqına bütün sahələrdə yaxınlaşması baş verəcək. Gürcüstan ila Avropa İttifaqı arasında assosiyasiyalaşdırma barəsində razılaşmanın bir hissəsini azad ticarət barəsində razılaşma təşkil edir. Assosiyasiyalaşdırma razılaşmasının həyata keçirlməsi Gürcüstanın Avropa növlü dövlət kimi formalaşmasına imkanlar yaradacaq. Razılaşma 1000-ə qədər səhifəni əhatə edir və Gürcüstan qanunvericiliyinin mərhələ şəkilində Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşmasını nəzərdə tutur. Assosiyasiyalaşdırma barəsində razılaşmanın ilkin təstiqi 2013-cü il noyabrın 29-da baş verib. Bu da o deməkdir ki, mövcud mətn yalnız redaksiya düzəlişlərinə aiddir. Razılaşmanın imzalanması 2014-cü ilin avqustunda planlaşdırılıb. Assosiyasiyaşdırma razılaşmasının bir hissəsi, o cümlədən azad ticarət barəsində olan hissəsi sənədin elə imzalandığı andan qüvvəyə minəcək. Onun tam qüvvəyə minməsi Avropa İttifaqının üzvü olan 28 ölkənin milli parlamenti, Avropa parlamenti, Gürcüstan parlamenti tərəfindən təsdiq edilməsindən sonra baş verəcək. Bu prosesa güman edildiyinə görə, 2-3 il lazım gələcək.


Razılaşmanın həyata keçirilməsi Gürcüstanın milli xüsusiyyətlərinin nəzərə alınması ilə baş verəcək. Avropa İttifaqı islahatlarının həyata keçirilməsində ekspertlər ilə və dövlət büdcəsi üçün vəsaitlərin ayrılması yolu ilə Gürcüstana yardım göstərəcək. Gürcüstan, həmçinin Avropanın maliyyə təşkilatlarından infrastruktur layihələrinin (o cümlədən yolların, körpülərin, su təchizatı sistemlərinin və sair) həyata keçirilməsi üçün vəsaitlər ala biləcək. Avropa İttifaqı beynəlxalq aləmdə tanınan hüdudlar daxilində Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Gürcüstana sülh yolu ilə ərazi bütövlüyünün bərpasında yardım göstərir ki, bu da assosiyasiyalaşdırma razılaşmasının imzalanmasından sonra da davam etdiriləcək. Assosiyasiyalaşdırma razılaşmasına uyğun olaraq Avropa İttifaqı ilə vizasız gediş-gəlişin təmin edilməsi üçün Gürcüstan və Avropa bütün lazım olan tədbirləri həyata keçirəcək. Assosiyasiyalaşdırma razılaşması ilə Avropa İttifaqı arasında azad ticarət nəzərdə tutulub ki, bu da Avropa ölkələrinə gömrük rüsumu olmadan Gürcüstanda istehsal olunan praktiki olaraq bütün məhsulların çıxarılması deməkdir.

GÜRCÜSTAN-AVROPA İTTİFAQININ ASSOSİYALAŞDIRMA BARƏSİNDƏ RAZILAŞMA BƏLƏDÇİSİ

Assosiyasiyalaşdırma razılaşmasının həyata keçirilməsi nəticəsində Gürcüstanda həyat səviyyəsi yüksələcək, o cümlədən:
1. İnsan haqlarının müdafiəsi yaxşılaşdırılacaq və qanunun aliliyi təmin ediləcək;
2. Məhkəmə hakimiyyətinin müstəqilliyi və ədalətə əlin yetərliliyi artırılacaq;
3. Söz və mətbuat, eləcə də birliklərin azadlığına imkanlar yaradılacaq;
4. Doğma dildə ibtidai təhsil daha da yetərli olacaq;
5. Ölkənin idarə edilməsinə ictimaiyyətin cəlb olunması yaxşılaşdırılacaq;
6. Rayonlar arasında sosial-iqtisadi qeyri-bərabərliyin azaldılmasına və bölgələrdə 
yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkanlar yaradılacaq;
7. Gürcüstanın bölgələri ilə Avropa İttifaqının üzvü olan ölkələrin bölgələri arasında 
əməkdaşlıq imkanları artırılacaq;
8. Gürcüstanın bölgələrinə Avropa İttifaqı proqramlarının və layihələrinin həyata 
keçirilməsində daha artıq iştirak etmək imkanı veriləcək;
9. İşlə təmin etmək və əmək ilə əlaqədar hər cür ayrı seçkiliyin aradan 
qaldırılmasına imkanlar yaradılacaq. 
10. İşlə təmin olunanların hüquqlarının qorunması yaxşılaşdırılacaq;
11. Əmək ilə əlaqədar qanunvericiliyin praktikada həyata keçirilməsinə nəzarətin 
edilməsi məqsədi ilə xüsusi xidmət yaradılacaq;
12. Əmək şəraitlərinin yaxşılaşdırılmasına imkanlar yaradılacaq;
13. İşlə təmin olunanların sağlamlığının və təhlükəsizliyinin qorunması 
məqsədi ilə əmək standartları tədbiq ediləcək;
14. Ədalətli sosial müdafiə sisteminin formalaşdırılmasına imkanlar 
yaradılacaq;
15. Sağlamlığın qorunması sistemi gücləndiriləcək və tibb xidmətinin 
keyfiyyəti yaxşılaşdırılacaq;
16. Xəstəliklərin prevensiyasına, ilkin mərhələdə aşkar olunmasına və
nəzarətinə daha artıq diqqət yetiriləcək;
17. Həyatın sağlam tərzi təşviq ediləcək;
18. Özəl mülkiyyət və intellektual mülkiyyət hüquqlarının, o cümlədən əmtəə
əlamətlərinin, coğrafi əlamətlərin, dizyanın, patentlərin və sair qorunması 
yaxşılaşdırılacaq; 
19. Mütəşəkkil cinayətə, terrorizmə, korrupsiyaya, narkotik maddələrdən qeyriqanuni istifadə olunmasına, insan alverinə (trefikinqə) qarşı mübarizə
gücləndiriləcək;
20. Yalnız zərərsiz qidalar və təhlükəsiz məmulatlar satılacaq;
21. Gürcüstanda Avropa İttifaqının bazarlarına uyğun gələn bazarlar 
22. Gürcüstan ilə Avropa İttifaqı arasında ixrac və idxal prosedurları 
asanlaşdırılacaq;
23. Rəqabət mühiti yaxşılaşdırılacaq;
24. Gürcüstan iqtisadiyyatının bütün sahələrində, o cümlədən energetika, 
kənd təsərrüfatı, turizm, infrastruktur, ətraf mühitin mühafizəsi, 
mədəniyyət və sair sahələrdə sərmayələr artırılacaq;
25. Yeni şirkətlər təsis ediləcək və əlavə iş yerləri yaradılacaq;
26. Gürcüstan Avropa İttifaqının vahid energetika sisteminə qatılacaq;
27. Gürcüstanın energetika təhlükəsizliyi artırılacaqdır ki, bu da elektrik 
enerjisinin və təbii qazın istifadəçilərə fasiləsiz olaraq ötürülməsini 
nəzərdə tutur;
28. Gürcü məhsulunun ( o cumlədən kənd təsərrüfatı məhsulunun) 
keyfiyyəti, onun dünya və Avropa İttifaqı bazarlarında rəqabət aparıcı 
qabiliyyyəti artırılacaq;
29. Kənd təsərrüfatı məhsullarının emalı üçün yeni müəssisələr yaradılacaq. 
Eləcə də mövcud kənd təsərrüfatı müəssisələrinin yeniləşdirilməsi, 
modernləşdirilməsi baş verəcək;
30. Ölkənin ərazisi heyvan və bitki xəstəliklərinin gətirilməsindən və
yayılmasından daha yaxşı mühafizə olunacaq;
31. Avropa İttifaqından gələn turistlərin miqdarı artacaq;
32. Ali təhsilin keyfiyyəti artırılacaq və Avropa standartlarına 
yaxınlaşdırılacaq;
33. Avropanın və Gürcüstanın ali təhsil və tədqiqat müəssisələri arasında 
əməkdaşlıq genişləndiriləcək;
34. Tələbələrin, alimlərin və professor-müəllimlərin iştirak etdiyi mübadilə
proqramlarının miqdarı artırılacaq;
35. Peşə təhsili və yenidən hazırlamaq sistemi inkişaf etdiriləcək;
36. Yol, (quru) dəniz, hava nəqliyyatının keyfiyyəti və təhlükəsizliyi 
inkişaf etdliriləcək;
37. Su kəmərləri sistemlərinin nizama salınması və əhalinin təmiz içməli 
su ilə təmin olunması məqsədi ilə layihələr həyata keçiriləcək;
38. Şəhərlərdə, eləcə də bölgələrdə, içməli suyun və havanın keyfiyyətinə
daimi nəzarət həyata keçiriləcək;
39. Göllərin və Qara dənizin sahil sularının keyfiyyətinin 
yaxşılaşdırılması üçün abadlıq işləri aparılacaq. Çimərlik sularında 
çirkləndirici şeylərə müntəzəm nəzarət həyata keçiriləcək;
40. Ətraf mühitin mühafizəsi qayğısına qalmaq üçün müvafiq ətraf mühitin 
mühafizəsi texnologiyalarının tədbiqi yolu ilə müəssisələrin öhdəlikləri 
artırılacaq. 
41. «Çirkləndirən ödəməlidir» prinsipi işə düşəcək - Tullantıları əmələ
gətirən və ya sahibi tullantıların azaldılması ilə, zərərsizləşdiriməsi 
ilə əlaqədar və təhlükəsiz olaraq onların yerləşdirlməsi ilə əlaqədar 
məsrəfləri çəkməlidir; 
42. Zibilliklərin durumu yaxşılaşdırılacaq; tullantıları emal edən 
müəssisələr işə düşəcək;
43. Daşqın risklərinin azaldılması istiqamətində tədbirlər görüləcək;
44. Bioçoxcəhətliliyin, o cümlədən yox olmaq dərəcəsinə çatan flora 
və fauna növlərinin mühafizəsi mexanizmləri dolğunlaşdırılacaq. 
Onların durumu və məskunlaşma mühiti yaxşılaşdırılacaq;
45. Meşə ehtiyatlarının idarə olunması, siyahıya alınması və Avropada 
mövcud olan təcrübədən ağılla istifadə olunması tədbiq ediləcək;
46. Ağac-meşənin qeyri-qanuni kəsilməsi və qeyri qanuni ticarətinin 
qarşısının alınması məqsədi ilə nəzarət sistemi dolğunlaşdırılacaq;
47. Gürcüstanın mədəni çoxcəhətliliyinə imkanın yarıdılmasını təmin 
edən mədəniyyət siyasətinə imkanlar yaradılacaq;
48. Avropa İttifaqının üzvü olan ölkələrdə Gürcüstan mədəniyyətinin 
populyarlaşdırılmasına imkanlar yaradılacaq;
49. Bütün istifadəçilərə coğrafi məkana baxmayaraq, əlyetərli 
dəyərə telekommunikasiya xidmətinin göstərilməsinə imkanlar 
yaradılacaq;
50. Telekommunikasiya xidmətləri növlərinin çoxcəhətliliyinə və yeni 
kommunikasiya texnologiyalarının tədbiqinə imkanlar yaradılacaq.

Mülki jurnalist: Bayram Məmmədov

Bizimlə əlaqə saxlayın