16 
Yan
2023
13:59
2468

Həkimlər valideynlərə xəbərdarlıq edir

Tədris proseslərinin bərpa olunması ilə birgə həkimlər valideynləri diqqətli olmağa çağırırlar. 

InterPress.ge xəbər verir ki, bu barədə Fridon Todua Tibb Mərkəzinin epidemioloqu Natia Qordadze məlumat verib.

Məlumata görə, həkimlər bildirir ki, mövsümi viruslar pik həddə artıb. 

Onların sözlərinə  görə, hərəkət qabiliyyətinin artması ilə yoluxma riski də artır və valideynlərdən virus əlamətləri olan övladlarını evdən çölə buraxmamağa çağırırlar.

"Xəstəliyin azalması müşahidə olunmur. Stasionar hissədə hələlik vəziyyəti idarə edə bilirik  və tibb sektorunu çox yükləməmək üçün hamımız səhiyyə sektorunu dəstəkləməliyik.

Məktəblə uşaq bağçasının birləşməsi təhlükəsi var ki, bu da hərəkətliliyin artması riskini yaradır. Xəstəliyin gedişi nisbətən yüngül keçərsə, həmin şəxs immunizasiya edilməlidir”, - Fridon Todua Tibb Mərkəzinin epidemioloqu Natia Qordadze bildirib.
 

Bizimlə əlaqə saxlayın