Baş nazir: "Türkiyənin dərman bazarının açılması nəticəsində Gürcüstan əhalisi hər il 200 milyon lariyə qədər qənaət edəcək"
"Türkiyənin dərman bazarının açılması nəticəsində Gürcüstan əhalisi hər il 200 milyon lariyə qədər qənaət edəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Facebook sosial şəbəkəsində yazıb.
Baş nazir qeyd edib ki, əhalinin dərman vasitələrinə əlçatanlığını daha da artırmaq üçün hökumət dərman vasitələrinin maksimal qiymət həddinin müəyyən edilməsinə yönəlmiş yeni islahat həyata keçirib və islahat nəticəsində dərman vasitələrinin qiyməti orta hesabla 40% azalacaq.
“Ötən ilin əvvəlində Türkiyənin dərman bazarını açdıq. Dəyişiklikdən sonra ölkədə dərmanların qiyməti 60-80% ucuzlaşıb. Türkiyənin dərman bazarının açılması nəticəsində Gürcüstan əhalisi hər il təxminən 200 milyon lariyə qənaət edəcək.
Əhalinin dərman vasitələrinə əlçatanlığını daha da artırmaq məqsədilə biz dərman vasitələrinin maksimal qiymət həddinin müəyyən edilməsinə yönəlmiş yeni islahat həyata keçirmişik.
Birinci mərhələdə 1300-dən çox xroniki və onkoloji dərman vasitəsinə istinad qiyməti müəyyən edilib.
Fevralın 15-dən etibarən əczaçılıq şirkətləri dərmanları qeyd olunan qiymətdən baha sata bilməyəcək. İslahat nəticəsində dərmanların qiyməti orta hesabla 40% ucuzlaşacaq. Digər dərmanlar üçün də istinad qiyməti tədricən müəyyən edilir”, - İrakli Ğaribaşvili qeyd edib.


