16 
Yan
2023
12:20
312

Əfqanıstanda keçmiş qadın deputat öldürülüb

Əfqanıstanın keçmiş deputatı öldürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Kabul mediası yerli polisə istinadən məlumat verib.

Məlumata görə, keçmiş  deputat Mürsəl Nəbizadə mühafizəçilərindən biri ilə birlikdə öz evində öldürülüb.

Kabul polisinin sözçüsü Xalid Zadranın sözlərinə görə, keçmiş deputatın qardaşı və onun mühafizəçisi yaralanıb, digər cangüdən isə pul və qızıl-zinət əşyaları ilə hadisə yerindən qaçıb.

"Təhlükəsizlik qüvvələri insidentlə bağlı ciddi araşdırmaya başlayıb", - Xalid Zadran bildirib.

Lakin o, qətlin təfərrüatları barədə danışmayıb.

Məlumat üçün bildirək ki, Mürsəl Nəbizadə 2019-cu ildə millət vəkili seçilib. O, 2021-ci ilin avqustunda Taliban Qərbin dəstəklədiyi Əfqanıstan hökumətini devirdikdən və hakimiyyəti ələ keçirdikdən sonra Kabulda qalan azsaylı qadın əfqan parlamentarilərdən biri idi.

Bizimlə əlaqə saxlayın