16 
Yan
2023
11:29
396

Xroniki və onkoloji dərman vasitələrinə qiymət həddi müəyyən edildi

Səhiyyə Nazirliyi 1300-dən çox xroniki və onkoloji dərman vasitəsinə qiymət həddi müəyyən edib. 

InterPress.ge xəbər verir ki, məlumatı Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, dəyişiklik ölkədə əhalinin dərman vasitələrinə əlçatanlığını artırmaq məqsədi daşıyır.

“Fevralın 15-dən artıq əczaçılıq şirkətləri dərmanları qeyd olunan qiymətdən yuxarı məbləğdə sata bilməyəcək. Sektorun dərmanların qiymətinin aşağı salınması və qeyd olunan sistemə keçməsi üçün bir ay vaxtı var.

Səhiyyə Nazirliyi Gəlirlər Xidməti ilə birlikdə elektron məlumat bazası hazırlayıb ki, ona əsasən tənzimləyici onlayn rejimdə dərman satışı prosesinə nəzarət edəcək. İstinad qiymətlərinin pozulması halında şirkətlərə martın 15-dən sanksiya tətbiq olunacaq. Pərakəndə aptek birinci mərhələdə xəbərdarlıq alacaq, təkrarlanan halda isə 5000 lari cərimə olunacaq. Topdan satıcıya gəlincə, xəbərdarlıqdan sonra pozuntunun təkrarlanması halında 15 000 lari, üçüncü dəfə hüquq pozuntusuna yol verildikdə isə 30 000 lari sanksiya müəyyən edilib.

Dərmanlar üçün müəyyən edilmiş istinad qiyməti orijinal və onun analoq generikləri üçün fərqlidir ki, bu da beynəlxalq brendlərin bazara marağını təmin edəcək”, - yayılan məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər