16 
Yan
2023
11:21
3454

Polşada itkin düşən Gürcüstan vətəndaşı tapıldı

Yanvarın 13-də Polşanın Şeçin şəhərindən itkin düşən 21 yaşlı Mişo Xaraşvili tapılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Radio Tavisuplebaya Mişonun anası Eka Asaşvili məlumat verib. 

Onun məlumatına görə, Miço Şeçindən təxminən 700 kilometr aralıda yerləşən qəsəbədə tapılıb.

"Orada olan qohumlarımız bizə zəng edərək dedilər ki, sağdır. Hazırda onu polisə aparırlar. Nə baş verdiyini bilmirəm, amma onun sağ olmasına sevinirəm", - Eka Asaşvili bildirib.

Bizimlə əlaqə saxlayın