Gürcüstanda yanvarın 20-dək yağmursuz hava şəraiti davam edəcək.
InterPress.ge xəbər verir ki, sinoptiklər həm Qərbi, həm də Şərqi Gürcüstanda havanın temperaturunun yüksələcəyini bildirirlər.
“Gürcüstanda yaxın günlərdə sinoptik vəziyyət dəyişməyəcək və yanvarın 20-dək yağmursuz hava gözlənilir. Paytaxtda gecə 4, 2 dərəcə şaxta olacaq. Gün ərzində həm Şərqi, həm də Qərbi Gürcüstanda temperatur yüksələcək”, - sinoptik Maia Kaadze bildirib.
