14 
Yan
2023
11:18
668

Bu gün Gürcüstanın Dövlət Bayrağı Günüdür

Yanvarın 14-də Gürcüstanın Dövlət Bayrağı Günü qeyd olunur.

InterPress.ge xəbər verir ki, Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb.

Məlumata görə, Gürcüstan Müdafiə Nazirliyinin ərazisində və Müdafiə Qüvvələrinin hərbi bazalarında bayraq qaldırma mərasimləri keçirilib.

“Ölkənin dövlət rəmzinə hörmət əlaməti olaraq Müdafiə Qüvvələrinin 4-cü Piyada Briqadasının hərbi qulluqçuları dövlət himninin fonunda Gürcüstanın bayraqlarını təntənəli şəkildə qaldırıblar.

Gürcüstanın Dövlət Bayrağı Günü yanvarın 14-də, Gürcüstanın Dövlət Bayrağı haqqında Üzvi Qanununun qəbul edildiyi gün qeyd edilir”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın