Din xadimləri məcburi hərbi xidmət keçməli olacaqlar
Artıq bütün dinlərin nümayəndələri orduda xidmət etməyə borcludurlar. Dinə xidmət etmək artıq məcburi hərbi xidmətin təxirə salınması üçün səbəb deyil.
InterPress.ge xəbər verir ki, bu, yeni müdafiə məcəlləsində nəzərdə tutulub.
Bundan əlavə, məcəlləyə əsasən, din xadimləri hərbi olmayan alternativ əmək xidmətini keçmək imkanı əldə edəcəklər.
Müdafiə nazirinin müavini Qriqol Qiorqadzenin sözlərinə görə, yeni məcəlləyə əsasən, keşiş xidməti artıq məcburi hərbi xidmətin təxirə salınması üçün əsas deyil. Bütün dinlərin nümayəndələri orduda xidmət etməyə borcludurlar və heç bir təriqətin ixtiyarına uyğun şərtlərdən istifadə etmək imkanı olmayacaq. Din xadimləri şərtləri müvafiq qanunvericiliklə müəyyən edilən qeyri-hərbi alternativ əmək qulluğundan keçmək imkanı əldə edəcəklər.


