Ölkədə 12 növ virus dövr edir - Həkimlər əhaliyə xəbərdarlıq edir
Ölkədə 12 növ virus dövr edir.
InterPress.ge xəbər verir ki, həkimlər hələ də peyvənd olunmağı məsləhət görürlər.
Bildirilib ki, xəstəlik əlamətləri yarananda maska taxmaq, həkimə müraciət etmək lazımdır. Mütəxəssislər hesab edirlər ki, yoluxma hallarının azalmasına martın ortalarından başlanacaq.
Tsitsişvili adına Yeni Uşaq Klinikasının tibbi direktoru Maia Çxaidze deyib: "Keçən il biz maskanı çox ciddi şəkildə taxdıq, gigiyenik şərtlərə əməl etdik və bütün bunlar bizi təkcə koronavirusdan deyil, həm də istənilən respirator virusdan qorudu".
İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru, Tbilisi Dövlət Tibb Universitetinin professoru İvane Çxaidzenin sözlərinə görə, koronavirusun beşinci alt variantı Gürcüstanda, eləcə də Çində və dünyanın qalan hissəsində dövriyyədədir.
Birinci yerdə 37 faizlə qrip virusu, ikinci yerdə isə koronavirus gəlir.
İvane Çxaidze bildirib ki, indi ölkədə Donuz qripi virusu da üstünlük təşkil edir.


