12 
Yan
2023
12:04
254

Potidə güclü külək şəhərin infrastrukturuna xeyli ziyan vurub

Poti bələdiyyəsində artıq üçüncü gündür ki, güclü külək əsir və bu səbəbdən təbii fəlakətin vurduğu ziyanlar artır.

InterPress.ge xəbər verir ki, təbii fəlakət şəhərin infrastrukturuna xeyli ziyan vurub.

Külək yaşayış evlərinin, dövlət məktəblərindən birinin, dövlət müəssisələrinin və çoxmərtəbəli mənzillərin dam örtüyünə ziyan vurub. Ağaclar kökündən qopub, elektrik dirəkləri aşıb.

Bələdiyyə sədrinin sözlərinə görə, bütün gecə ərzində şəhərin müxtəlif ərazilərində yolun kökündən qopmuş ağaclardan təmizlənməsi işləri aparılır, zəruri təhlükəsizlik tədbirləri də həyata keçirilir.

“Zərər olduqca böyükdür. Dəymiş ziyanı saymaq üçün zərərin qiymətləndirilməsi qrupu yaradılıb. Siyahıyaalmaların birində əməkdaşımız xəsarət alaraq çoxsaylı sınıqlarla klinikaya aparılıb və ona hər cür lazımi köməklik göstəriləcək. Meriyanın müvafiq xidmətləri tərəfindən 24 saat işləyəcək işçi qrupları yaradılıb. Sakinlər qaynar xəttə zəng edə və ya yaşadıqları ərazi üzrə bələdiyyə sədrinin nümayəndəsi ilə əlaqə saxlaya bilərlər. Bütün daxil olan mesajlar müvafiq xidmətlər tərəfindən dərhal cavablandırılır. Elektrik enerjisinin bərpası istiqamətində işlər davam etdirilir. Tez-tez ağacların kökündən qopması halları olur, ona görə də mən hamını zərurət olmadığı təqdirdə hərəkətdən çəkinməyə çağırıram”, - Beka Vaçaradze bildirib.

Sinoptiklərin məlumatına görə, güclü şərq küləyi bu gün axşam saatlarına qədər davam edəcək, sabah isə zəifləyəcək.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər