12 
Yan
2023
11:55
227

İmeretidə güclü külək nəticəsində binalara və avtomobillərə ziyan dəyib

Ötən gecə güclü külək nəticəsində 69 binaya və 10 avtomobilə ziyan dəyib.

InterPress.ge xəbər verir ki, bu barədə İmereti qubernatoru Zviad Şalamberidze məlumat verib.

Məlumata görə, üçüncü gündür ki, İmeretidə fəlakətlə mübarizə aparırlar. Güclü külək Kutaisi və bir sıra bələdiyyələrdə binaların damlarını uçurub, ağaclar aşıb, bir neçə küçədə nəqliyyatın hərəkəti dayandırılıb. Əhalinin bir hissəsi işıq, təbii qaz və su ilə təmin olunmur. 

“Gecə boyu İmereti bölgəsində güclü külək olubvə müvafiq xidmətlər gecə boyunca səfərbər edilib. Bir sıra bələdiyyələr var ki, onlar elektrik enerjisi ilə təmin olunmur, Kutaisidə 3000-ə qədər abonentə su verilmir. Qeyd olunan problemləri ən qısa müddətdə aradan qaldırmağa çalışırıq. Eyni zamanda, dəymiş ziyan hesablanır, rəqəmlər barədə əvvəlcədən danışmaq olmaz”, - deyə Zviad Şalamberidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər