Rustavinin çıxışında 5 avtomobil bir-biri ilə toqquşub.
InterPress.ge xəbər verir ki, Rustavidən Qaçiani körpüsünə qədər yolun müəyyən hissəsi buz bağlayıb və avtomobillərin hərəkəti çətinləşib.
Səhər saatlarında 5 minik avtomobili toqquşub, onlardan biri sərnişin mikroavtobusudur, 1 minik avtomobili yoldan çıxıb.
Mövcud məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmayıb.
