2015-ci ildən 21 oktyabr 2022-ci il tarixinədək 76 030 nəfər şəhər qeydiyyat ünvanını kənd qeydiyyat ünvanına dəyişib.
InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən "İnterpress News"-a məlumat verilib.
Statistikaya görə, 2019-cu ildə ən çox - 10 611 nəfər qeydiyyat ünvanını şəhərdən kəndə dəyişib, ən az - 8 775 fakt 2015-ci ildə qeydə alınıb.
Təkcə 2022-ci ilin yanvarından oktyabrın 21-dək şəhər üzrə qeydiyyat ünvanının kənd qeydiyyat ünvanına dəyişdirilməsi ilə bağlı 8487 fakt qeydə alınıb.
Onların əksəriyyəti - 1057 nəfər avqust ayında şəhərdən kəndə qeydiyyat ünvanını dəyişib, ən azı isə ötən ilin yanvar ayında 626 fakt qeydə alınıb.
