Xulo bələdiyyəsində qar örtüyünün hündürlüyü 80 santimetrə çatır, buna görə də bir neçə daxili kənd yollarında avtomobillərin hərəkəti çətinləşib.
InterPress.ge xəbər verir ki, hazırda bütün mərkəzi yollar təmizlənib, daxili kənd yollarında təmizlik işləri davam etdirilir.
“Energo Pro Georgia” briqadaları paralel rejimdə işləyir.
Qar elektrik naqillərini zədələyib. Batumi-Axalçixe mərkəzi avtomobil yoluna gəlincə, hazırda nəqliyyatın hərəkəti problemsiz həyata keçirilir.
