11 
Yan
2023
14:21
430

Təcili tibbi yardım işçiləri aksiya keçirdilər

Təcili tibbi yardım işçiləri - həkimlər və sürücülər Peşə İttifaqları Birliyi ilə birgə aksiya keçiriblər. 

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları maaşların artırılmasını və layiqli iş şəraitinin yaradılmasını tələb ediblər.

Tibb işçilərinin həmkarlar ittifaqının prezidenti İrakli Amiranaşvilinin sözlərinə görə, bu, xəbərdarlıq aksiyası olub və tələblər yerinə yetirilmədiyi təqdirdə aksiyaların davam etdirəcəklər.

“Təcili tibbi yardım xidmətinin əməkdaşları uzun müddətdir ki, iş yerlərində problemlər barədə məlumat verirlər. Onların ilk tələbi maaşların artırılması idi. Təəssüf ki, bu qəbul olunmadı, əksinə, ayrı-seçkilik prinsipi əsasında həmkarlar ittifaqları onların yanında olan, işçilərin hüquqlarını qoruyan yeganə təşkilat olduğundan işəgötürən onları ayrı-seçkilik məqsədilə təqib etməyə başladı.

Təqib deyəndə o nəzərdə tutulur ki: tələb formasında, hədə-qorxu ilə, vəd şəklində şöbələrə gedərək həmkarlar ittifaqlarını danışıqlardan geri çəkməyə çalışırdılar. 10 ildir ki, 13-cü maaşın 100 faizini alırlar, keçən il isə təcili tibbi yardım işçilərini cəzalandıraraq 70 faiz köçürüblər.

İşçilərin sığortası yoxdur, "kovid" şiddətlənir və təcili yardım maşınları artıq dezinfeksiya edilmir, xəstələr və tibb işçiləri yoluxma riski altındadır. Ona görə də bu gün təcili tibbi yardım xidmətinin əməkdaşları mövcud problemləri qeyd edirlər”, - deyə Amiranaşvili bildirib.

Aksiya iştirakçılarından Nino Coqiaşvilinin sözlərinə görə, dekabrın sonunda onun və işçilərinin tibbi sığortası ləğv edilib və onlarla yeni müqavilə imzalanmayıb.

Bizimlə əlaqə saxlayın