10 
Yan
2023
13:48
2710

Gürcüstanda qarlı və şaxtalı hava neçə gün davam edəcək?

Yanvarın 10-12-də Gürcüstanda havanın temperaturunun əhəmiyyətli dərəcədə aşağı düşəcəyi, Gürcüstanın şərqində bəzi yerlərdə güclü qar yağacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Onların məlumatına görə, yanvarın 10-12-də Qara dənizin sahilyanı rayonlarında, Yuxarı İmeretidə, Kolxeti düzündə və Qori-Surami yolunda arabir güclü külək əsəcək (32-34 m/s).

Magistral yolların ayrı-ayrı hissələrində duman, çovğun, görmə məsafəsinin pisləşməsi,  buzlanma ehtimalı var.

“Yanvarın 10-11-də Qərbi Gürcüstanın düzənliklərində havanın temperaturunun -3, -5 dərəcəyə enməsi sitrus bitkilərinə (xüsusilə limona) zərər verə bilər, Gürcüstanın şərq hissəsində temperaturun -8, -10 dərəcəyə enməsi qar örtüyü olmayan payızlıq əkinlərə ziyan vura bilər", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın