Təmizlik işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mçxeta-Stepancminda-Larsi avtomobil yolunun Qudauri - Kobi hissəsində qoşqu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib.
InterPress.ge xəbər verir ki, məlumatı Avtomobil Yolları Departamenti yayıb.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti dayanmadan, yalnız uçqun tunelləri vasitəsilə həyata keçiriləcək.
Tunellərdə qoşqu, yarımqoşqu və tutumu 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək.
