10 
Yan
2023
11:00
313

“Nato və Avropa İttıfaqı haqqında dezinformasiya və dezinformasiya ilə mübarizə yollar” adlı görüş keçirilib

Marneuli və Bolnisi bələdiyyəsindən olan gənclər üçün “Nato və Avropa İttıfaqı haqqında mövcud olan mifflər ” adlı məlumatlandırıcı görüş keçirilib.

Dekabrın 9-da InterPress.ge-nin “ Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində gənclər üçün “Nato və Avropa İttıfaqı haqqında dezinformasiya və dezinformasiya ilə mübarizə yollar” adlı görüş keçirilib.  

Görüşdə 14-29 yaş arası Marneuli və Bolnisi bələdiyyəsində yaşayan gənclər iştirak edib.

Görüşün müzahirəçisi “Gənc Avropa Səfirləri” proqramının iştirakçısı olmuş Fəqan Abbasov idi. O iştirakçılara Avropa İttıfaqı və NATO təşkilatları haqqında mövcud olan mifflər və dezinformasiya, onlarla mübarizə metodları, həmçinin Gürcüstanın Avroatlanik inteqrasiyası, Gürcüstan NATO -Avropa İttıfaqı münasibətləri, ikitərəfli münasibətlərin gücləndirilməsi yolunda atılmış önəmli addımlar haqqında məlumat verib.

Qeyd edək ki, görüş InterPress.ge-nin həyata keçirdiyi “Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlı əhalinin Avropa İttifaqı və NATO haqqında məlumatlılığının artırmasına və vətəndaş jurnalistlərin formlaşmasında öz töhfəsini verməkdir. 

Qeyd edək ki, layihə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Gürcüstanın regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın artırılması və cəlb edilməsi” layihəsi çərçivəsində, NATO və Avropa İttifaqı üzrə İnformasiya mərkəzi və ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən həyata keçirilir.

Bizimlə əlaqə saxlayın