Telavidə bələdiyyə nəqliyyatının hərəkəti dayandırılıb
On iki saat davam edən qar səbəbindən Telavidə bələdiyyə nəqliyyatı dayanıb.
InterPress.ge xəbər verir ki, məlumatı Telavi bələdiyyəsinin meriyası təsdiqləyib.
Telavi meri Levan Andriaşvilinin sözlərinə görə, əlverişli vaxtda bələdiyyə nəqliyyatının hərəkəti bərpa olunacaq.
“Bizim səfərbər edilmiş texnikamız var. Dünən gecədən texniki duz tökülməsinə davam edirik. Birinci mərhələdə mərkəzi küçələr və ətraf yollar təmizlənib. Mövcud vəziyyət yalnız bələdiyyə nəqliyyatı ilə bağlı müəyyən narahatlıqlar yaradıb. Düşünürəm ki, bu problem tezliklə həll olunacaq”, - Levan Andriaşvili bildirib.
Xatırladaq ki, güclü qar Vaziani-Gombori-Telavi avtomobil yolunun hissəsində problemlər yaradıb.
Ayrı-ayrı hissədə yüngül avtomobillərin hərəkəti üçün xüsusi rejim yaradılıb.
Yollar Departamentinin məlumatına görə, qar və aşağı temperatur səbəbindən Qombor kəndində və Çua Mtsi monastırının döngəsində yüngül avtomobillərin hərəkətinə yalnız sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilib.


