InterPress.ge xəbər verir ki, Kvemo-Maçxaani kəndindən Bodbisxevi istiqamətinə doğru gedən minik avtomobil elektrik enerji dirəyinə çırpılıb.
Avtomobildə olan bir gənc yerindəcə həyatını itirib, digər ikisi isə, “Arkimede” xəstəxanasına aparılıblar.
Hadisə yerində ekspert-kriminalistlər araşdırma aparıb.
