09 
Yan
2023
10:52
332

Dekabrın 31-dən yanvarın 3-dək olan müddətdə pirotexnika və alkoqol vasitələrindən zərər görmüş insanların sayı açıqlanıb

31 dekabr 2022-ci il tarixindən 3 yanvar 2023-cü il tarixədək olan müddətdə 39 vətəndaş pirotexniki vasitələrdən xəsarət alıb, onlardan 9-u uşaqdır.

InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzi məlumat verib.

Məlumata görə, 24 şəxsin vəziyyətində  xəstəxanaya yerləşdirmə zərurəti yaranıb.

 “Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzində saxlanılan elektron məlumat bazasının məlumatlarına əsasən, qeyd olunan müddət ərzində pirotexniki vasitələrdən zərər çəkmiş 39 vətəndaş kömək üçün müraciət edib ki, onlardan 30-u böyük, 9-u uşaqdır. 24 halda xəstəxanaya yerləşdirmə zəruri olub. Qida və alkoqol sərxoşluğu hallarına gəldikdə isə, 500 vətəndaş kömək üçün mərkəzə müraciət edib, onlardan 128-i xəstəxanaya yerləşdirilməsini tələb edib”, - Fövqəladə Halların Koordinasiyası və Fövqəladə Hallar üzrə Yardım Mərkəzindən bildirilib.

Bizimlə əlaqə saxlayın