Gürcüstanda hava kəskin dəyişəcək
Yanvarın 9-12-də Gürcüstanda havanın temperaturunun əhəmiyyətli dərəcədə aşağı düşəcəyi, Gürcüstanın şərqində bəzi yerlərdə güclü qar yağacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Yanvarın 10-12-də Qara dənizin sahilyanı rayonlarında, Zemo İmeretidə, Kolxeti düzündə və Qori-Surami yolunun hissəsində şərqdən çox güclü (32-34 m/s) külək arabir əsəcək.
Magistral yolların ayrı-ayrı hissələrində duman, çovğun, sürüşkən buz, elektrik xətlərində don mümkündür.
“Yanvarın 10-dan 11-nə keçən gecə Qərbi Gürcüstanın düzənliklərində havanın temperaturunun -3, -5 dərəcəyədək enə, Şərqi Gürcüstanda isə temperaturun aşağı düşə bilər.Temperaturun -8, -10 dərəcəyə enməsi əkinlərə ziyan vura bilər”, - məlumatda qeyd olunur.


