07 
Yan
2023
21:44
1124

İki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb

Samtredia-Sacavaxo yolunda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

InterPress.ge xəbər verir ki, məlumata görə, ikisi azyaşlı olmaqla bir ailənin 5 üzvü xəsarət alıb.

İkinci avtomobilin sürücüsü də yaralanıb.

Fövqəladə Hallar üzrə Koordinasiya və Təcili Yardım Mərkəzindən verilən məlumata görə, xəsarət alanlar Samtredia Geo Hospitals Xəstəxanasına çatdırılıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər