07 
Yan
2023
19:34
400

"Vətəndaş Jurnalistləri rəngarənglik üçün" layihəsinin iştirakçıları "Marneuli tv"də olublar-FOTO

Marneuli və Bolnisi bələdiyyəsindən olan gənclər üçün televiziya “ Marneuli Tv” jurnalistika ixtisası haqqında təlim həyata keçirdi.

Yerli televiziya “Marneuli Tv”  Marneuli və Bolnisi bələdiyyəsindən olan  gənclər üçün  “ Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində  jurnalistika ixtisası haqqında praktiki görüş həyata keçirdi.  Görüşdə də 14-29 yaş arası Marneuli və Bolnisi  bələdiyyəsində yaşayan gənclər iştirak etdilər.

Görüş zamanı “Marneuli Tv” -nin nümayəndələri  iştirakçılar üçün  ilk öncə televiziyada kiçik ekskursiya təşkil etdilər. İştirakçılar “ Marneuli Tv” nin yaranma tarixi, sturukturası, əsas fəaliyyətləri ilə tanış oldular. Görüşün ikinci hissəsində isə iştirakçılara  video -süjetin və müsahibənin   hazırlanması,media materialların yayıma verilməsi və səsləndirmə prosesi , “Marneuli Tv”-nin gündəlik işləri haqqında praktiki məlumat verildi. 

Qeyd edək ki, görüş InterPress.ge-nin həyata keçirdiyi  “ Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində baş tutdu. Layihənin məqsədi Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlı əhalinin Avropa İttifaqı və NATO haqqında məlumatlılığının artırmasına və vətəndaş jurnalistlərin formlaşmasında öz töhfəsini verməkdir. 

Qeyd edək ki, layihə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Gürcüstanın regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın artırılması və cəlb edilməsi” layihəsi çərçivəsində, NATO və Avropa İttifaqı üzrə İnformasiya mərkəzi və ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən həyata keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər