06 
Yan
2023
10:19
431

Baş nazir təbrik məktubu paylaşdı

"Bu gün mən erməni soydaşlarımızı və qardaş erməni xalqını təbrik etmək istəyirəm. Bu bayramı xüsusi sevinc və böyük bayramla qeyd edən hər kəsi təbrik edirəm".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Facebook-da yazıb.

Hökumət başçısının qeyd etdiyinə görə, gürcü və erməni xalqları arasında qarşılıqlı hörmət və məhəbbət çoxəsrlik dostluğa və mehriban qonşuluğa səbəb olub.

“Bu gün münasibəti ilə erməni soydaşlarımızı və qardaş erməni xalqını təbrik etmək istəyirəm. Milad bayramını xüsusi sevinc və böyük şənliklə qeyd edən hər kəsi təbrik edirəm. Xalqlarımız arasındakı qarşılıqlı hörmət və məhəbbət bizim çoxəsrlik dostluğumuza, mehriban qonşuluğumuza səbəb olub. Sevinirəm ki, bu əlaqələr getdikcə dərinləşir. Sizə cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər