05 
Yan
2023
23:57
496

Cari ildən bəzi dərman vasitələrinə istinad qiymət mexanizmi tətbiq ediləcək

2023-cü ildən etibarən dövlət dərman vasitələrinin maksimal qiymət həddini müəyyən edəcək və ondan yuxarı olan dərmanların satışı qadağan ediləcək.

 

InterPress.ge xəbər verir ki, yanvarın 1-dən dəyişiklik 1100-dən çox xroniki və onkoloji dərman vasitəsinə təsir edəcək. 

Qiymət tənzimlənməsi 2 səviyyədə həyata keçiriləcək. Bu, həm orijinal dərmanların, həm də onların generiklərinin qiymətinin maksimum həddi olacaqdır.

 

Qiymətlər topdan və pərakəndə satış səviyyəsində tənzimlənəcək. Pərakəndə satış şəbəkəsi dərmanın qiymətindən asılı olaraq müəyyən faiz əlavə edə biləcək. Marjalar topdansatış qiymətindən asılı olaraq dəyişir və 15%-dən 40%-ə qədər müəyyən edilir. Dərmanın qiyməti nə qədər baha olsa, marja bir o qədər azalır və pərakəndə satış şirkətləri qiyməti 100 laridən yuxarı olan dərmana maksimum 20 lari əlavə edə biləcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər