04 
Yan
2023
15:02
2075

Mixeil Saakaşviliyə dəstək aksiyasında qarşıdurma yaranıb

Mixeil Saakaşviliyə dəstək aksiyasının keçirildiyi Corvila kəndində qarşıdurma olub.

InterPress.ge xəbər verir ki, məlumata görə, mitinq iştirakçıları ilə yerli sakinlər qarşı-qarşıya gəliblər.

Məlumata görə, yerli sakinlər  tərəfindən qarşıdurma aksiya iştirakçılarını gördükdən və iştirakçıların “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin evinə gələrək onu təhqir etmələrindən sonra başlayıb.

Eyni zamanda yerli sakinlər qeyd ediblər ki, “Strasburq məhkəməsi tərəfindən pislənən sistemin başında Mixail Saakaşvili dayanıb”.

Mitinq iştirakçıları İvanişvilinin Çorviladakı iqamətgahına Ukrayna bayrağını, həmçinin üzərində “Mişaya azadlıq!” yazısı olan banner gətiriblər.

Polis  əməkdaşları də hadisə yerinə cəlb edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər