Tbilisi "Dinamo"sunun veteran futbolçusu, "Qızıl matç"ın iştirakçısı Vladimer Barkaiya vəfat edib.
InterPress.ge xəbər verir ki, o, 85 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vladimir Barkaia 1957-1967-ci illərdə Tiflis "Dinamo"sunda çıxış edib. 1964-cü il noyabrın 18-də keçirilən “Qızıl matç”ın iştirakçısı və Sovet İttifaqı çempionu olub. 1959 və 1962-ci illərdə isə bürünc medal qazanıb, 1960-cı ildə isə Sovet İttifaqı kubokunun finalında çıxış edib.
_FC_Dinamo_Tbilisi_Striker_(1957%E2%80%931967).jpg)