30 
Dek
2022
14:20
695

Tbilisidə oğurluq hadisəsi baş verib

Tbilisinin mərkəzində, Vaja-Pşavela prospektində yerləşən gözəllik mərkəzində oğurluq hadisəsi baş verib.

Gürcüstan Təhlükəsizlik Xidmətinin baş ofisindən və regional polis idarəsindən bir neçə metr aralıda oğurluq hadisəsi baş verib .

 InterPress.ge xəbər verir ki, hadisə  Gürcüstan Təhlükəsizlik Xidmətinin baş ofisindən və regional polis idarəsindən bir neçə metr aralıda baş verib .

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 24 saat növbətçi olsalar da, şəxsiyyəti məlum olmayan iki soyğunçu səhər, erkən saatlarda estetik mərkəzinə daxil olaraq pul götürə biliblər.

Soyğunçuların özünün aydın göründüyü təhlükəsizlik kameralarının çəkdiyi kadrlar hazırda polis  tərəfindən araşdırılır.

Mtavari arxinin məlumatına görə, gözəllik mərkəzindən 11 min laridən çox pul götürülüb. Bu məbləğ işçilərə əmək haqqı şəklində paylanılmalı imiş.

“ İşçilərin maaşlarını verəcəkdim,soyğuna səhər saatlarında giriblər. Kameraya ağ Prius markalı maşın  düşüb. Burada dayanıb, ətrafı nəzərdən keçiriblər və içəri giriblər”- Genesis gözəllik mərkəzinin rəhbəri İmran Aivazov bildirib.

Hazırda hadisə yerində əməliyyat-istintaq tədbirləri aparılır. Hadisə yerindən nümunələr və kamera qeydləri götürülüb.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər