Yanvarın 4-dək Gürcüstanın bütün ərazilərində əsasən yağmursuz hava şəraiti hökm sürəcək.
InterPress.ge xəbər verir ki, bu barədə sinoptiklər məlumat verib.
Məlumata görə, Qərbi Gürcüstanda havanın maksimal temperaturu 8-13 dərəcə, Şərqi Gürcüstanda isə 3-8 dərəcə isti olacaq. Paytaxtda qar gözlənilmir, havanın temperaturu 7 dərəcəyə çatacaq.
Qısamüddətli proqnoza əsasən, Gürcüstanın müxtəlif rayonlarında yağıntıların kəsilməsi ilə yanaşı, şaxtanın daha da güclənəcəyi ehtimalı var.
.jpg)