29 
Dek
2022
12:41
5937

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə...

31 dekabr 2022-ci il tarixində Xidmət Agentliyi saat 10:00-dan 14:00-a kimi fəaliyyət göstərəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Xidmət Agentliyi məlumat verib.

2023-cü il yanvarın 1-dən yanvarın 8-dək Xidmət Agentliyi işləməyəcək, 9 yanvar 2023-cü il tarixindən isə agentliyin bütün struktur bölmələri adi rejimdə işini bərpa edəcək.

2023-cü il yanvarın 1-dən 8-dək praktiki imtahanın birinci mərhələsindən keçməli olan şəxslərə 9 yanvar 2023-cü il tarixindən etibarən imtahan verə biləcəklər.

2023-cü il yanvarın 1-dən 8-dək olan müddətdə avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin son günü olan şəxslər gömrük rəsmiləşdirilməsi üçün 9 yanvar 2023-cü il tarixində xidmət orqanına müraciət etməlidirlər.

Bizimlə əlaqə saxlayın