28 
Dek
2022
13:42
583

Çinlə Gürcüstan arasında uçuşlar bərpa olunur

Çin Xalq Respublikasının aparıcı aviaşirkətlərindən biri olan “China Southern Airlines” Gürcüstan istiqamətində müntəzəm hava hərəkətini bərpa edəcək. Urumçi-Tbilisi-Urumçi hava xəttində müntəzəm uçuşlar 2023-cü ilin yanvarından başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat verib.

Urumçi və Tbilisi arasında müntəzəm uçuşlar hər həftənin cümə günü qış naviqasiya mövsümünün sonunadək - 25 mart 2023-cü il tarixinədək həftədə 1 tezliklə yerinə yetiriləcək.

Bu il dekabrın 23-də agentlik aviaşirkətə müntəzəm hava hərəkəti üçün lazımi icazə verib.

China Southern Airlines kovid-19 infeksiyası ilə əlaqədar pandemiya səbəbiylə 2020-ci ilin yanvarında Gürcüstana uçuşları dayandırıb. Gürcüstana sonuncu müntəzəm reys 2020-ci il yanvarın 23-də həyata keçirilib.

Bizimlə əlaqə saxlayın