27 
Dek
2022
10:38
407

Arestoviç Mixeil Saakaşvili ilə bağlı: "Gürcüstanın daxili işlərinə qarışmırıq, söhbət insan həyatını xilas etməkdən gedir"

Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Aretoviç rusiyalı hüquq müdafiəçisinin yanvarın 4-də, müxtəlif şəhərlərdə Gürcüstan səfirliklərinin yaxınlığında Gürcüstanın üçüncü prezidentinə dəstək aksiyası keçirmək təşəbbüsünə qoşulur.

InterPress.ge xəbər verir ki, o, Gürcüstanın daxili işlərinə qarışmadıqlarını, amma burada söhbətin insan həyatını xilas etməkdən getdiyini bildirib.

"Biz Gürcüstanın daxili işlərinə qarışmırıq. Söhbət insan həyatını xilas etməkdən gedir. Ən mühüm insan hüququnu qorumaqdan. İnsan öləndə və zəhərlənmə ilə bağlı toksikoloji rəy olduqda, ölüm ayağında olan şəxs məhkəmədə iştirak edəndə və məhkəmə ona kömək edə bilməyəndə, bu ədalətli məhkəmə sayılmır. Bu, insanlığa qarşı cinayətdir”, - Arestoviç bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər