27 
Dek
2022
10:19
575

Mənzildə kilidli qalmış 8 aylıq uşağı polis xilas edə bilib

Rustavidə mənzildə kilidli halda qalmış 8 aylıq uşağı polis xilas edə bilib.

InterPress.ge xəbər verir ki, Leonidzedəki binalardan birinin 5-ci mərtəbəsində yaşayan gənc qadın bir neçə dəqiqəlik qonşusunun yanına gedib, bu zaman evin qapısını kilidləyib.

Məlumata görə, uşaq bu zaman evdə tək olub.

Qadın patrul polisi çağırıb.

Hadisə yerinə gələn patrul inspektoru Xviça Kravelidze qonşunun eyvanından tullanıb, taxta pəncərəni açıb, evə daxil olub, qapını içəridən açıb və uşağı çölə çıxarıb.

Bizimlə əlaqə saxlayın