InterPress.ge xəbər ki, qəza səhər saatlarında Rustaveli küçəsində baş verib.
Məlumata görə, qəzaya səbəb yüksək sürət həddi olub.
Hadisə şahidlərinin sözlərinə görə, sürətlə hərəkətdə olan avtomobil ağaca çırpılıb, nəticədə 35 yaşlarında iki şəxs yerindəcə ölüb, iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Telavi şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda onların müayinəsi aparılır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
