26 
Dek
2022
23:42
1242

Marneulidə bu tarixdə konsert baş tutacaq

Marneuli bələdiyyəsində Yeni il tədbirləri həftəsi dekabrın 20-də əsas şam ağacının işıqlandırılması ilə başlayıb və dekabrın 30-da möhtəşəm Yeni il şənliyi ilə başa çatacaq.

InterPress.ge xəbər verir ki, bu barədə 
Marneuli Bələdiyyəsinin Meriyası məlumat verib.

 Verilən məlumata görə, dekabrın 30-da Rustaveli küçəsində saat 14:00-dan etibarən uşaq əyləncə tədbirləri, nağıl qəhrəmanlarının korteji və Milad bazarı ilə qonaqlar xoş vaxt keçirəcəklər.

“Şənlik tədbiri çərçivəsində əl işləri və Yeni il şirniyyatlarının sərgi-satışı təşkil olunacaq; Uşaqlar üçün açıq məkanda marş orkestrinin şousu keçiriləcək, uşaqlar Şaxta baba ilə görüşəcəklər.

Konsertdə küçə musiqiçiləri, rezo və uşaqlar mahnı oxuyacaqlar. Təntənəli qala-konsert atəşfəşanlıqla başa çatacaq.

Qeyd edək ki, bayram üçün bəzədilmiş Marneuli bu il xüsusilə gözəldir. Mərkəzi küçələr Yeni il işıqları ilə işıqlandırılıb”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın