Daha bir deputat aclıq aksiyasını dayandırdı
“Milli Hərəkat”ın daha bir deputatı aclıq aksiyasına sson qoymalı oldu.
InterPress.ge xəbər verir ki, Ana Çitlidze aclığı dayandıraraq həkimlərə təşəkkür edib.
“Mənə dəstək olan insana, həkimlərə təşəkkür etmək istəyirəm. Onlar olmasaydı, mən burada oturub danışa bilməzdim. Parlament aparatına, eləcə də dostlarıma təşəkkür edirəm”, Ana Çitlidze deyir.
Məlumat üçün bildirək ki, “Milli Hərəkat”ın deputatı Ana Çitlidze keçmiş prezident Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə parlamentdə 12-ci gündür aclıq aksiyası keçirir.
Çitlidze ilə yanaşı, dekabrın 15-də partiyanın daha iki üzvü - Davit Kirkitadze və Abdulla İsmayılov aclıq aksiyasına başlayıb, dekabrın 16-da Temur Canaşia onlara qoşulub. Onların hər üçü səhhətləri pisləşdiyi üçün artıq aclıq aksiyasını dayandırıblar.


