26 
Dek
2022
16:10
592

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin şagird və müəllimləri Tbilisidə səfərdə olublar

Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin şagird və müəllimləri 25 dekabr tarixində Tbilisidə səfərdə olublar.

InterPress.ge xəbər verir ki, gənclər və müəllimlər Ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər, M.F. Axundovun ev muzeyinə baş çəkiblər, bir çox tarixi və mədəni yerlərdə olublar.

Səfərin məqsədi dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin büstün ziyarət etmək olub,  həmçinin gənclərə onun haqqında ətraflı məlumat verilib.

Daha sonra M.F.Axundovun ev muzeyi ziyarət edilib və muzey haqqında şagirdlərə geniş məlumat verilib.

Səfər çərçivəsində Tbilisidə yerləşən bir çox tarixi və mədəni yerlərə səyahət edilib.

Cümə məscidi, Narın qalası, Qədim meydan küçələri, Kükürdlü hamam və Bəzəkli hamam kimi tarixi yerlərlə müdavimlər tanış edilib.

Sonda isə Yeni ilin gəlişi münasibilə paytaxt Tbilisidə qurulan yen il yarmarkası ilə tanışılıq olub və ölkənin ən böyük Yeni il şam ağacı ilə şəkillər çəkilib.
 

Bizimlə əlaqə saxlayın