26 
Dek
2022
14:49
2601

Poniçala (Soğanlıq) qəsəbəsinin sakinləri Tbilisi-Rustavi magistralını bağlamağa çalışır

Tbilisi-Rustavi magistralında səs-küy baş verib. 

InterPress.ge xəbər verir ki, polis sakinlərin yolu bağlamasına imkan verməyib və nəticədə əlbəyaxa dava düşüb. 

Yerli əhali içməli su tələbi ilə küçələrə çıxıb. 

Soğanlıq qəsəbəsinin sakinlərinin sözlərinə görə, onlara ikinci gündür su verilmir və şirkət bərpa işlərini üçüncü dəfə təxirə salıb.

Onların sözlərinə görə, artıq su çatışmazlığı sistemli xarakter alıb və son 1 aydır, hər 3-4 gündən bir su kəsilir.

Bizimlə əlaqə saxlayın