26 
Dek
2022
10:21
367

Alyans Gənclər Mərkəzi bir yaşını qeyd edib

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin fəaliyyətə başlamasından bir il ötür.

InterPress.ge məlumat verir ki, təşkilat ötən bir il ərzində azərbaycanlı gənclərin maariflənməsi, müxtəlif peşə ixtisaslarına yiyələnməsi və inteqrasiyası istiqamətində işlər görüb.

“Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova deyib ki, ötən bir il ərzində mərkəzdə soydaş gənclər üçün Azərbaycan, gürcü, ingilis, alman dilləri, həmçinin, Azərbaycan tarixi, rəsm və xalçaçılıq üzrə kurslar təşkil olunub. Bu kursları uğurla başa vuran 60-dan çox gəncə sertifikatlar təqdim edilib.

Sonra mərkəzin sədri Leyla Əmrahova mərkəzin fəaliyyəti, burada gənclər üçün nəzərdə tutulmuş təlim, tədris proqramları barədə ətraflı məlumat verib.

Çıxış edən müəllim və valideynlər belə bir mərkəzin yaradılmasına və fəaliyyətinə göstərilən diqqət və dəstəyə görə, Azərbaycan dövlətinə və Diasporla İş üzrə Dövlət Komitəsinə, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinə minnətdarlıq ediblər.

Çıxış edənlər mərkəzin fəaliyyətə başlamasının bir ili münasibətilə kollektivi təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda kurslarda xüsusilə seçilən müəllim və təlimçilərə, fəal tələbələrə sertifikatlar təqdim olunub.

Bizimlə əlaqə saxlayın