25 
Dek
2022
16:02
413

Vladimer Putin- “Rusiya müharibəni dayandırmaq üçün danışıqlara hazırdır”

Rusiya müharibəni dayandırmaq üçün danışıqlara hazırdır.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimer Putin danışıb.

Məlumata görə, eyni zamanda Kremlin rəhbəri Ukraynanı və Qərbi güzəştə getməkdən imtina etməkdə ittiham edib.

"Biz cəlb olunan bütün tərəflər ilə məqbul həll yolları haqqında danışıqlar aparmağa hazırıq, lakin bu, onlardan asılıdır - biz danışıqlardan imtina etmirik", - deyə Rusiya prezidenti bildirib.

Putinin sözlərinə görə, o, Rusiyanın düzgün istiqamətdə getdiyinə inanır.

“Hesab edirəm ki, biz düzgün istiqamətdə hərəkət edirik, milli maraqlarımızı, vətəndaşlarımızın, xalqımızın mənafeyini qoruyuruq. Bizim vətəndaşlarımızı qorumaqdan başqa çarəmiz yoxdur” - Putin sözlərinə əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər